|
Türkiyə BTC və TANAP layihələrini dəstəkləməyə davam edəcək -

Türkiyə regionda enerji layihələrinin icrasında iştirak edən əsas ölkələrdən biridir. Trend-in məlumatına görə, bunu 22-ci Dünya Neft Konqresində çıxış edən Türkiyənin energetika və təbii reusrslar naziri Berat Albayrak deyib.

Onun sözlərinə görə, Türkiyə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində yönəlmiş investisiyaları dəstəkləməyə davam edəcək.

"Bakı-Tbilisi-Ceyhan boru kəməri və Transanadolu (TANAP) qaz kəməri bunun bariz nümunədir", - deyə nazir bildirib.

Cia.az