“Çelsi” “Roma”nın futbolçusu Antonio Rüdigeri transfer edib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Britaniya mətbuatının iddiasına görə, “Çelsi” bu transfer üçün qarşı tərəfə 38 milyon avro ödəyəcək.
Qeyd edək ki, A. Rüdiger ötən mövsüm “Ştutqart”dan İtaliya klubuna 9 milyon avroya transfer olmuşdu
Cia.az
