|
Sneyder “Qalatasaray”da qaldı

“Qalatasaray”da gələcəyi sual altında olan Uesli Sneyder komandadan ayrılmayacağını açıqlayıb.
Qol.az-ın xəbərinə görə, bu barədə şəxsi “İnstagram” səhifəsində məlumat verən hollandiyalı ulduz sabah tibbi müayinədən keçdikdən sonra komanda ilə məşqlərə başlayacağını bildirib.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2013-cü ildən İstanbul klububda çıxış edir.

Cia.az