|
Roberto Karlos 9-cu dəfə ata oldu

Braziliya yığmasının keçmiş futbolçusu, "Real Madrid" və "Fənərbaxça" kimi klubların ulduzu Roberto Karlos 9-cu dəfə ata olub.
O, dünən yeni doğulan qızının fotosunu sosial şəbəkədə paylaşıb. Körpənin adını Marina qoyublar.
44 yaşlı R.Karlos eyni zamanda yeni ana olan üçüncü həyat yoldaşının fotosunu da izləyiciləri ilə bölüşüb
Qeyd edək ki, ilk həyat yoldaşından 3 uşağı olan Karlosun sonrakı münasibətlərindən də 4 övladı dünyaya gəlib. İndiki həyat yoldaşı isə iki dəfə ana olub. Karlos açıqlamalarının birində "Mənim müxtəlif 6 qadından 8 uşağım var" demişdi.



Cia.az