|
Burak Fahriyenin evinə köçdü

Yeni evlənən aktyor Burak Özçivit və Fahriye Evcen bal ayından qayıtdıqdan sonra ayrı düşüblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Özçivit Fahriyeni evdə qoyaraq "Kardeşim benim 2" filminin çəkilişləri üçün Çanakkalenin Assos şəhərinə gedib. F.Evcenin yeni mövsümdəki layihəsi bəlli olmasa da, Burak bu filmdən sonra Kərəm Bürsinlə birgə baş rolda iştirak etdiyi macəra filminin çəkilişlərinə qatılacaq.

Eyni zamanda Burak birgə yaşamaq üçün Fahriyenin evini seçib. Yeni ev axtarmaq istəməyən aktyor nişanlı dövründə aktrisa ilə birgə yaşadığı evə köçüb.

Cia.az