|
Məşhur aktrisanın toyu oldu

28 yaşlı aktrisa Culianna Haf 34 yaşlı sevgilisi Bruks Layka ərə gedib. 
Cütlük toya 200 qonaq çağırıb. Toy həftənin cümə axşamı gecə saatlarından başlayıb və şənbə gününə qədər davam edib. Belə ki, qonaqlar ilk gün oteldə bir araya gəliblər, şam yeməyi yeyiblər. Cümə günü onlar göl kənarında "Coeur d’Alene Resort"a yığışıblar. Şənbə günü isə nikah mərasimi baş tutub. 
Culianna gəlinlik donunu "Marchesa"dan seçib. Bəy isə "Brooks Brothes"dən klassik kostyum geyinib. Toyun baş tutduğu məkan qızıl güllərlə bəzədilib. 
"Heç vaxt öz toyum haqda düşünməmişdim. Amma indi onu bilirəm ki, bu hissləri bir də heç vaxt yaşamayacam" deyə haf bildirib. 

Bruks isə hər zaman toyunun açıq havada olmasını arzuladığını söyləyib. 

Cia.az