|
DİN maşında yanaraq ölən iki nəfərlə bağlı məlumat yaydı

İyulun 7-də saat 9.00 radələrində Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində Xaçmaz rayon sakini Rəhman İsaqov idarə etdiyi "VAZ-2106" markalı avtomobili 8-10 metr hündürlükdən aşırıb və nəticədə avtomobil yanıb. 
Cia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sürücü və sərnişini, həmyerlisi Ülviyyə Məmmədova yanaraq ölüblər. 
Quba RPŞ tərəfindən araşdırma aparılır. 

Cia.az