|
"Dəniz Yılmaz səviyyəli və yaxşı futbolçudur, amma..." - baş məşqçi

"Bursaspor"un baş məşqçisi Paul Le Quen komandanın futbolçusu Dəniz Yılmaz haqda danışıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, millimizin hücumçusu ilə klub arasında münasibətlərin pozulduğunu bildirib: "Komandanı izlədiyim vaxt Dəniz adlı bir oyunçu diqqətimi çəkdi. Doğrudan da səviyyəli və yaxşı futbolçudur. Bizə kömək olacağını düşünürdüm. Amma bura gələn zaman isə vəziyyəti öyrəndim. Dənizlı klub rəhbərliyi arasında narazılıqlar olub. Ona heyf oldu.Həyat belədir, bəzən bu kimi şeyləri dəyişdirə, bəzən isə dəyişdirə bilmirsiniz. Artıq Dənizlə münasibətlər pozulub".

Qeyd edək ki, D.Yılmaz intizamsız hərəkətlərinə görə ötən mövsüm əsas komandadan uzaqlaşdırılıb. Klubun prezidenti Ali Ay millimizin oyunçusuna təklif gələcəyi təqdirdə, onunla yolları ayıracaqlarını bildirib

Cia.az