|
Merve ilə Murad boşanır? - açıqlama
Aktrisa Merve Boluğurla müğənni Murad Dalkılıç boşanır. 
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ötən aylarda ayrılmaları ilə bağlı xəbərlər yayılan cütlük ailə həyatına son qoymaq qərarına gəlib. Merve ilə Murad evlərini də ayırıb. Belə ki, Murad Bodruma köçüb, Merve isə İstanbulda qalır. 
Qeyd edək ki, Boluğurla Dalkılıç 2015-ci ilin avqustunda ailə qurub.
______

Murad Dalkılıç yayılan xəbərlərlə bağlı açıqlama verib:

"Boşanmırıq. Konsertlərimin çoxluğundan tez-tez şəhərdən kənarda oluram. Mervenin də yeni layihəsi var. Hər şey yolundadır. Bu dedi-qodulardan bezdik".
Cia.az