|
Argentinada 2 tona yaxın kokain müsadirə edilib

Argentinanın Santyaqo-del-Estero əyalətində 1838 kiloqram kokain müsadirə edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Argentinanın təhlükəsizlik naziri xanım Patrisiya Bullriç öz "Twitter" səhifəsində yazıb.

Nazirin sözlərinə görə, bu əyalətin tarixində müsadirə edilən ən böyük kokain partiyasıdır.

cia.az