|
Toy yasa döndü -

Qusar rayonunda qətl hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Xural kəndində qeydə alınıb.

Kənddə keçirilən toy məclisində aralarında yaranan  mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib. 

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır

Cia.az