|
Floridada ABŞ HHQ-nin bazasında yanğın baş verib

Florida ştatında ABŞ Hərbi Hava Qüvvələrinin "Eqlin" bazasının ərazində yanğın baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın yerli vaxtla saat 10:00-da qeydə alınıb. Yanğın kimyəvi reagentlər anbarının yaxınlığında baş verib.

Məlumata əsasən, yanğın nəticəsində ciddi xəsarət qeydə alınmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

 cia.az