CAR millisinin və Belçikanın “Eypen” klubunun müdafiəçisi Ntutxuko Radebe avtomobil qəzasında həlak olub.
Qol.az-ım xarici KİV-ə istinadən yaydığı xəbərə görə, hadisə 22 yaşlı futbolçu vətənində olarkən baş verib. Hələlik qəzanın detalları barədə geniş məlumat verilmir.
Qeyd edək ki, Radebe 2012-ci ildən “Eypen”də forma geyirdi
Cia.az
