Gürcüstanda keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir.
Qol.az xəbər verir ki, bu gün qrup mərhələsində II turun oyunlarına start verilib.
Ev sahibi komanda qitə birinciliyində ilk qələbəsini qazanıb. Gürcüstan yığması İsveçlə görüşü 3 xalla başa vurub.
Portuqaliya isə ardıcıl ikinci qələbəsini qazanmaqla son turun nəticəsindən asılı olmayaraq yarımfinala adlayıb.
U-19, Avropa çempionatı
A qrupu, II tur
5 iyul
Gürcüstan - İsveç 2:1
Qollar: Kokreidze, 3 (1:0), Çakvetadze, 31 (2:0), Qyokeres, 47 (2:1)
Çexiya - Portuqaliya 1:2
Qollar: Dju, 35 (0:1), Qraiciar, 40 (1:1), Rui Pedro, 74 (1:2)
Xal durumu: 1. Portuqaliya - 6 xal, 2-3. Çexiya, Gürcüstan - 3, 4. İsveç - 0
Cia.az
