Aktyor Okan Karacan həyat yoldaşı Zeyneb Karacanla ötən gün Alaçatı istiqamətində görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir zamanlar 140 kiloqram olan aktyorun çəkisi mədə kiçiltmə əməliyyatından sonra 80 kiloqrama düşüb.
O, bu haqda "Bədənimin yarısı getdi. Çox şükür, sağlamlığım yerindədir. Əvvəllər ayaqqabılarımın ipini bağlaya bilmirdim" deyib.
Arıqladıqdan sonra həyat tərzi dəyişən sənətçi avtomobil sürmədiyini və daha çox gəzməyə üstünlük verdiyini bildirib.
Arıqladıqdan sonra qəribə rol təklifləri alan Okan hələlik kameralardan uzaq qalmaq istəyini də söyləyib:
"Gələn rolları rədd edirəm. Ailə, uşaq olunca işlər çətinləşir. Ticarətdəyəm, iki şirkətim var. Maqazin proqramı üçün təklif də gəlib, amma mən yarışma istəyirəm".
Cia.az
