|
Tuba fanatlarının sürprizi qarşısında söz tapmadı

Fanatları aktrisa Tuba Büyüküstünə ad günü hədiyyəsi edib. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2014-cü ildən YUNİCEF səfiri olan aktrisaya sevənləri elə həmin qurum vasitəsilə sürpriz hazırlayıb. 

Belə ki, izləyiciləri YUNİCEF-in köməyi ilə dünyanın hər yerində çətin vəziyyətdə olan uşaqlar üçün ianə toplanılması kampaniyasına start verib. Toplanan vəsait isə 627 uşağın peyvəndinə xərclənib. Tuba bu xəbəri sosial şəbəkədə paylaşaraq təşəkkür mesajı yazıb: 

“Nə deyəcəyimi bilmirəm. Ağzımdan çıxan hər söz bu addımın qarşısında acizdir... Bütün bunlar mənim üçün nə deməkdir, bilrisiniz? Möhtəşəmsiniz. Yaxşı ki, varsınız...”. 

Cia.az