|
Xəzərdə boğulan 21 yaşlı Orxanın meyiti tapıldı

İyulun 4-də Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batmış 1996-cı il təvəllüdlü Orxan Eldar oğlu Məmmədovun cəsədi tapılıb. 
Cia.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılan cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:40-da başa çatıb.

Cia.az