|
Bakıda avtoyumadan maşın qaçıran şəxs ağır qəza törədib -

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs qəza törədib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 3-də Nərimanov rayonunun N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində işləyən Valeh Rəhmanov Bakı şəhər sakini Seymur Nəcəfova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb.

O, F.X.Xoyski küçəsində paytaxt sakini Vahid Əhmədovu avtomobillə vurub və hadisə yerini tərk edib. V.Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini V.Rəhmanov tutulub.

Cia.az