|
Vea 2020-ci ilə kimi PSJ-də

Ötənlərin məşhur futbolçusu, 1995-ci ildə “Qızıl top”u qazanmış Corc Veanın oğlu Timati karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 

17 yaşlı forvard 2014-cü ildən PSJ-nin aşağı yaş qrupundan ibarət komandasında çıxış edir. 
İlk peşəkar müqaviləsinə qol çəkən Timati Vea 2020-ci ilin yayına kimi parislilərin şərəfini qoruyacaq.  

Qeyd edək ki, liberiyalı futbolçu son mövsüm UEFA Gənclər Liqasında meydana çıxdığı 4 oyunda 3 qol vurub

Cia.az