Yeni mövsümdən etibarən I divizionda mübarizə aparacaq "Şüvəlan” klubu məşqlərə start verib.
Qol.az-ın məlumatına görə, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv bu gün bazasında bir araya gəlib.
17:00-da başlayan məşq toplu çalışmalardan ibarət olub və təxminən 90 dəqiqəd davam edib.
Qeyd edək ki, “Şüvəlan”ın hazırlığının ilk iki həftəsi seleksiya xarakteri daşıyacaq
Cia.az
