|
PSJ “Roma”dan 30 milyon avro tələb edir
“Roma” PSJ-nin yarımmüdafiəçisi Lukas Mouranın xidmətində maraqlıdır. 
Paris klubu braziliyalı futbolçu ilə vidalaşmağa hazırdır. Bunun üçün “Roma” 30 milyon avro ödəməlidir. 
Lukas Mouranin özü isə illik 3 milyon avro əmək haqqı tələb edir. Əgər keçid reallaşarsa, braziliyalı yarımmüdafiəçi hazırkı rəhbərliyin dövründə “Roma”nın ən bahalı transferi olacaq. 
Cia.az