|
Ronaldo 4-cü dəfə ata olur

Futbolçu Kriştiano Ronaldo 4-cü dəfə ata olmağa hazırlaşır.
"Real Madrid"in ulduzunun sevgilisi Corcina Rodrigez hamilədir.
Bir neçə gündür mətbuatda dərc olunan bu xəbəri bu gün idmançının mətbuat katibi Ruben Malaret təsdiqləyib.
Qeyd edək ki, ötən ay Ronaldo surroqat ana vasitəsilə əkiz övladı dünyaya gəlib. Bundan başqa, Kriştianonun 5 yaşlı daha bir oğlu var. 



Cia.az