ABŞ-ın Nyu Cersi ştatının Cersi şəhərində naməlum şəxs insanlara atəş açıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 4 nəfər yaralanıb.
Yaralılar arasında 10 yaşlı oğlan və 12 yaşlı qız uşağının olduğu bildirilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Cia.az
