|
Kolumbiyada 5,1 bal gücündə zəlzələ baş verib

Kolumbiyada 5,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Mesetas şəhərindən 17 km şimal-şərqdə, ocağı isə 30 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.