|
“Qarabağ” son oyunda da uduzdu

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində növbəti və sonuncu yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Ağdam təmsilçisi Danimarka “Brondbü”sü ilə üz-üzə gəlib. Bu, Qurban Qurbanovun komandasının hazırlıq prosesi çərçivəsində dördüncü sınağı olub. Matç Danimarka klubununun 5:1 hesablı qələbəsi ilə başa çayıb.

Bununla da Ağdam klubu təlim-məşq toplanışını başa vurub. "Qarabaağ" sabah Bakıya qayıdacaq. 

Xatırladaq ki, buna qədər “Qarabağ” Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub.

2 iyul

Yoxlama oyunu

21:00. “Qarabağ” (Azərbaycan) - “Brondbü” (Danimarka) - 1:5
Qollar
: Kliment, 10-pen (0:1), Vilçek, 20 (0:2), Kliment, (0:3), Ndlovu, 52 (1:3), Kalmar, 66 (1:4), Andreas Bruus, 73 (1:5)


“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, (Rahid Əmirquliyev,65), Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Rəşad Sadıqov (k), Əfran İsmayılov, (Ağabala Ramazanov, 65), Ansi Aqolli, Bədavi Hüseynov, Coşqun Diniyev

“Brondbü”: 1. F. Rennov, 4. Benedikt Roker, 23. Arajuuei, 14. K. Mensah, 47. B. Halimi, 19. K. Norqard, 27. S. Krone, 13. J. Larsson, 8. K. Fisker, 29. J. Kliment, 20. J. Vilçek

Cia.az