Xəbər verdiyimiz kimi, duz tökmə hərəkəti ilə dünyada məşhurlaşan türk iş adamı Nüsret Gökçe məşhur seriala çəkilib.
Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunun üçün Nüsret 1 (təxminən 500 min AZN) milyon lirə keçməli olub.
Belə ki, ABŞ-ın məşhur "Narcos" adlı serialı çəkən şirkətə 1 milyon lirə (təxminən 500 min AZN) ödəyən Gökçe üçüncü mövsümündə epizodik obrazı canlandıracaq.
Dünya ulduzlarının da diqqətini çəkən İnstaqram fenomeni serialda da öz işini görərək əsas qəhrəmanlardan birinə ət servisi edir.
Qeyd edək ki, "Narcos"un üçüncü mövsümü avqust və ya sentyabrda başlayacaq.
Cia.az
