|
Keçmiş sevgilisini görən Neymar özünü saxlaya bilmədi

Braziliya milli yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar gecə klublarından birində paparazzilərə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, gecədə futbolçu keçmiş sevgilisi, braziliyalı model Bruna Markezinlə rastlaşıb.

Bir-birilərini gördükdə şok olan ikili əvvəlcə uzaq məsafədən görüşsələr də, daha sonra bir-birilərinə sarılaraq öpüşüblər. 

Uzun müddət dodaq-dodağa olan cütlüyün yenidən barışıb, barışmayacağı maraq doğurur.

 

 

 

 

Cia.az