2 uşaq anası olan aktrisa İrmak Ünal ideal bədən quruluşu ilə görənləri heyran edib.
40 yaşlı aktrisa dərgilərdən birinin fotokamerası qarşısına keçib. İrmak ana olduqdan sonra necə arıqlamağından da danışıb:
“Həftənin 6 gününü idman edirəm. 2 ildir, qırmızı ət yemirəm. Çörək, şirniyyat da qida rasionumdan çıxıb. Əsasən balıq yeyirəm”.
Qeyd edək ki, İrmak Ünal aktyor Cihan Ünalın doğma, aktrisa Türkan Şorayın isə ögey qızıdır.
Cia.az






