|
Taekvandoçumuz dünya çempionatında finala yüksəldi

Azərbaycan taekvandoçusu dünya çempionatında finala yüksəlib.

Trend-in məlumatına görə, Cənubi Koreyanın Muju şəhərində keçirilən taekvando üzrə dünya çempionatında idmançımız Məhəmməd Məmmədov (-63 kq) yarmfinal döyüşündə iranlı Mirhaşım Hüseynə 5:6 hesabı ilə məğlub olaraq bürünc mükafata layiq görülüb.

Digər təmsilçimiz Milad Beygi Harçeqani isə finala vəsiqə uğrunda qarşılaşdığı moldovalı rəqib Aaron Cooku 3:0 hesabı ilə məğlub etdi.

Taekvandoçumuzun finaldakı rəqibi Rusiya təmsilçisi Anton Kotkov olacaq.

Cia.az