|
Maliyyə naziri Azərbaycanın xarici borclarının artmasının SƏBƏBİNİ açıqladı

Azərbaycan Beynəlxalq Bankının xarici borclarının restrukturizasiyası ilə bağlı ölkənin xarici borcunun artması Azərbaycanın beynəlxalq reytinqinə təsir etməyəcək.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.

Maliyyə naziri bildirib: "Azərbaycan Beynəlxalq Bankının xarici borclarının restrukturizasiyası ilə bağlı hökumət 2,4 milyard dollar məbləğində istiqarzlar buraxmağı planlaşıdırır. Bu, ölkənin xarici borcunu artıracaq, lakin Azərbaycanın beynəlxalq reytinqinə mənfi təsir göstərməyəcək".

Cia.az