|
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşəcəyi tarix məlum olub

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş iyulun 11-i Avstriyanın Mauerbax şəhərində keçiriləcək.

Trend bu barədə diplomatik dairələrə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, nazirlərə ATƏT üzv ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü çərçivəsində görüşmək təklif olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də görüşdə iştirak edəcəyi gözlənilir.

Cia.az