|
Bakıda hündürlükdən yıxılan 2 yaşlı uşaq xəstəxanada ölüb

Bakıda yaşadığı mənzilin ikinci mərtəbəsindəki pəncərəsindən yıxılan iki yaşlı uşaq xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 28-də Xətai rayonu ərazisində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Rəvan Bəydəmirli müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 
R.Bəydəmirli bu gün xəstəxanada dünyasın dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Cia.az