|
Qüdrət Həsənquliyv: “Heydər Əliyev, Əbülfəz Elçibəy və Rəsulzadənin adları universitetlərə verilsin”

“Azəriqaz” şirkətində itkilər həddən artıq böyükdür, əgər bu itkilərin qaşrısı alınsa, ARDNŞ-yə əlavə vəsait ayırmağa ehtiyac qalmaz”. Deputat Vahid Əhmədov bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində 250 milyon manatın ARDNŞ-yə subsidiya kimi verilməsinə münasibət bildirərkən dedi. Ümumən deputat dəyişiklikləri müsbət qiymətləndirdi.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, gələn il Azərbaycanın iki keçmiş prezidenti - Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 yaşı tamam olacaq: "Növbəti il isə Məhəmməd Əmin Rəsulzadənin yubileyi qeyd olunacaq. Onsuz da Azərbaycan universitetlərin sayına görə qonşu ölkələrlə müqayisədə geridə qalır. Biz yubileylər münasibətilə hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, həm onların ruhunu şad edər, həm də ali məktəblərin və tələbələrin sayına görə irəliyə doğru addım atmış olarıq. Mən başa düşürəm, YAP üzvlərinin Əbülfəz Elçibəyə münasibəti fərqlidir. Amma mərhum prezident Heydər Əliyev Əbülfəz Elçibəyin dəfninə qatılmaqla ona verdiyi dəyəri nümayiş etdirib. Eyni zamanda Əbülfəz bəy də Heydər Əliyevi Bakıya dəvət etməklə çox ciddi addım atmışdı. Zaman onsuz da bütün bunların qiymətini verəcək. Amma bizlər bunu nə qədər tez etsək, cəmiyyətimizin xeyrinə olar”.

Cia.az