Toyda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Neymətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləb prosesdə anket məlunatları dəqiqləşdirilib.
Məhkəmənin növnəti iclası iyulun 7-nə təyin edilib.
Qətl ötən il Qobustan rayonun Divanlı qəsəbəsində qeydə alınıb.
Qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.
Məlum olub ki, Vüsal Nemətovla Fəxri Kərimov 2013-cü ildən ədavətli olublar. Belə ki, idmançı olan Fəxri Kərimov Vüsal Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Nemətov spirtli içki qəbul edərək toy zamanı bıçağı Fəxri Kərimova vurub.
Onu da qeyd edək ki, qətlə yetirilən F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.
Cia.az
