|
Goranboyda "Kamaz" yanıb

Goranboy rayonu, Nadirkənd kəndində vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 8 ton ot bağlaması yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az