|
"Zirə" avroliqadakı oyununa qələbə ilə başladı

Bu gün UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində komandalarımız ilk görüşlərini keçirir. Modern.az xəbər verir ki, "Zirə" komandası Dalğa Arenada Lüksemburqun "Differdanj" klubunu qəbul edib. Oyuna daha fəal başlayan komandamız 22-ci dəqiqədə hesabı açıb. "Zirə"nin legioneri Riçard Qadze hesabı açıb. 80-ci dəqiqədə isə Kervins Belford fərqi 2 topa çatdırıb. Beləliklə, tarixində ilk dəfə avroliqada çıxış edən "Zirə" turnirə qələbə ilə başlayıb.

Cia.az