|
Bu da Ronaldonun əkizləri

Xəbər verdiyimiz kimi, futbolçu Kriştiano Ronaldo martda dünyaya gələn əkizləri ilə ilk dəfə görüşüb.

Futbolçu Portuqaliya-Çili matçından sonra əkizlərinin yanına yollanıb.

“Həyatımın iki sevincini qucağımda tutduğum üçün elə xoşbəxtəm ki...”, - deyə Ronaldo əkizlərinin fotosunu sosial şəbəkədə paylaşaraq qeyd edib.

Xatırladaq ki, Ronaldonun əkizləri surroqat ana vasitəsilə doğulub. Hazırda Ronaldonun sevgilisi Corcina Rodriqezin də ana olmağa hazırlaşdığı iddia edilir.