|
Qətərin müdafiə naziri Türkiyəyə gedir -

Qətərin müdafiə naziri Xalid əl-Attiya iyun ayının 30-da Türkiyəyə səfər edəcək.

Trend bu barədə Türkiyənin Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Qətərli nazir səfəri çərçivəsində Ankarada türkiyəli həmkarı Fikri İşıkla görüşəcək.

Səfərin digər təfərrüatları barədə məlumat verilməyib.

Cia.az