|
Beyləqanda iki maşın toqquşub, bir nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonu, İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Cia.az-n FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
Əməliyyat saat 07:45-də başa çatıb.

Cia.az