Üç dəfə “Oskar” mükafatçısı Daniel Dey-Luis karyerasını bitirib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktyor qərarını meneceri Lesli Dart vasitəsilə açıqlayıb. Dey-Luis sonuncu dəfə Paul Tomas Andersonun ilin sonunda nümayişə girəcək “Phantom Theard” (“Xəyali kəndir”) filmində çəkilib. Dart Danielin karyerasını bitirməsi ilə bağlı detalların açıqlanmayacağını deyib.
Qeyd edək ki, 60 yaşlı Daniel 1990-cı ildə “Sol ayağım”, 2008-ci ildə “Qan töküləcək”, 2013-cü ildə isə “Abraham Linkoln” filmləri ilə “Oksar” alıb.
Cia.az
