|
Bakıda intihara cəhd hadisəsi baş verib

Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Əbilov Füzuli Hüseyn oğlu yaşadığı evdə bıçaqla qolunu kəsərək özünə qəsd edib. O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Fakla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Cia.az