|
Rusiya haqda “çox şey bildikləri üçün” həyatları ilə vidalaşan insanlar...

Araşdırmaya görə, müxtəlif şəkildə və şəraitdə törədilən bir sıra siyasi qətllərin izləri Moskvaya aparıb çıxarır

Qərb mətbuatında adı Putin rejimi ilə bağlı qalmaqallarda hallanan şəxslərin müəmmalı şəkildə ölümləri ilə bağlı yazılar artıq sıx şəkildə çap olunmağa başlayıb. Müxtəlif siyasi qətllər arasında bağlantıları tədqiq edən ABŞ və Avropa jurnalistləri, bir-birilə bağlantılı olan bir çox insidentlərin arxasında Moskvanın dayandığı qənaətinə gəliblər.

Bu yaxınlarda ABŞ-ın BuzzFeed News portalında Britaniya alimi, radiasiya üzrə mütəxəssis Metyu Pançerin məchul şəkildə həyatdan getməsini araşdıran maraqlı məqalə dərc olunub. Xüsusi jurnalist qrupu tərəfindən hazırlanan yazıda Pançerin 2016-cı ilə Britaniyada yaşadığı Oksfordşir qraflığında müəmmalı şəkildə öz həyatına son verdiyi bildirilir. Polisin rəsmi məlumatında, Pançerin böyük ustalıqla iki müxtəlif bıçaqla öz bədəninə peşəkar şəkildə ölümcül zərbələr vurduğu göstərilib.

Britaniyanın sıradan bir aliminin ölümünə yaranan maraq onun Rusiya xüsusi xidmət orqanları tərəfindən radioktiv maddə (polonium-red.) ilə öldürüldüyü şübhə doğurmayan Aleksandr Litvinenko hadisəsini araşdırması ilə bağlı yaranıb: “Pançer Aleksandr Litvinenkonun qətlinin sifarişinin birbaşa Moskvadan verildiyi nəticəsinə gəlməyə imkan verən sübutları tapan təhqiqatçı qrupun içində olub”.

Картинки по запросу matthew puncher

Aleksandr Litvinenko

BuzzFeed News-un verdiyi xəbərə görə, Metyu Pançer Rusiyanın mafioz qrupları və ya xüsusi xidmət orqanları tərəfindən öldürüldüyü güman edilən 14 insandan biri sayılır. Qəzetin yaydığı məlumata əsasən, bununla əlaqədar ABŞ kəşfiyyatının 4 əməkdaşı dəlillər toplayaraq onu Britaniyanın Mİ-6 (xarici kəşfiyyat) xidmətinə veriblər. Lakin Britaniya kəşfiyyatı nədənsə məsələnin üstünü örtməyə üstünlük verib.

Sayt Pançer və onunla bərabər Aleksandr Litvinenko qətli ilə bağlı daha iki nəfərin ölümünə dair yeni dəlillər gətirib. Bunlardan biri rusiyalı diplomat İqor Panomaryovdur. Panomaryov Londonda, Litvinenkonun Rusiya xidmət orqanlarının İtaliyadakı korrupsiya fəaliyyətini araşdıran jurnalist Mario Skaramello ilə planlaşdırdığı görüşdən iki gün öncə ölüb. Həmin görüşdə Panomaryov da iştirak etməli imiş. 

Şahidlərin ifadələrinə görə, rusiyalı diplomat opera teatrında qəfildən özünü pis hiss edib və birdən-birə onda güclü susuzluq yaranıb. Həmin anda dalbadal 3 litr su içən Panomaryov huşunu itirib. Həkimlərin cəhdlərinə rəğmən onu xilas etmək mümkün olmayıb. ABŞ kəşfiyyatının 4 əməkdaşının gəldiyi qənaətə görə, Panomaryov Litvinenkonun ölümünə səbəb olan talium adlı maddə ilə zəhərlənib.

Картинки по запросу игорь пономарев дипломат
İqor Ponomaryov

İkincisi Aleksandr Litvinenkonun ölümü barədə The Times jurnalında tez-tez məqalə yazan jurnalist Daniel Makqroridir. Makqrori bu işlə bağlı hazırladığı sənədli filmin ekranlara çıxmasından 5 gün öncə qəfildən dünyasını dəyişib. Ölümünə qədər sağlamlığı ilə bağlı şikayət etməyən jurnalist ürək döyünməsinin birdən-birə artması nəticəsində beyin qanaması keçirib.

Sayt xəbərinə görə, Litvinenkonun qətli ilə bağlı qurbanlardan biri də Metyu Pançerdir. Xəbərə görə, 2006-cı ilin noyabrında Litvinenko qəfildən zəifləməyə başayıb. Həkimlər onun qanında dünyada nadir tapılan polonium-210 maddəsi aşkar ediblər. Pançer Sağlamlğın mühafizəsi idarəsinin əməkdaşı kimi ölən Litvinenkonun bədənində tədqiqat aparıb.

Картинки по запросу matthew puncher
Metyu Pançer

Daha sonra o, xüsusi tapşırıqla Rusiyaya gedərək Project 2.4 kodu altında xüsusi layihə üzərində çalışıb. Layihəyə görə, Pançer “Mayak” müəssisəndə istehsal olunan radioaktiv plutomiumun insanlara təsirini araşdırıbmış. Pançer öz araşdırmasında obyektin kənarında yerləşən yaşayış məntəqlərinin sakinlərinin radiasiyadan zəhərləndiyini və müxtlif xəstəliklərdən öldüyünü aşkar edib.

Pançer bununla bağlı olaraq Rusiyaya bir neçə dəfə səfər edib. Saytın yazdığına görə, hər səfərində Rusiya xüsusi xidmət orqanları onu xüsusi təqibə alıblar. Bu səfərlərdən birində 2015-ci ilin sonlarında Pançer geri dönən zaman onun əhval-ruhiyyəsi tamam dəyişib. Daha sonra isə onda güclü depressiya əlamətləri müşahidə olunub.

2016-cı ilin noyabrın 25-də isə o, yaşadığı evdə bıçaqla intihar edib.
Polis hələ də onun huşunu ilk zərbədən itirmədən özünə bu qədər bıçaq zərbəsini necə vurduğunu anlaya bilmir.

Skotland Yardın olduqca yükək rütbəli məmurunun sayta verdiyi açıqlamada kəşfiyyat orqanlarının əlində insanlara depressiya hissini aşılaya biləcək xüsusi kimyəvi preparatların olduğunu söyləyib.

BuzzFeed News hətta Rusiyanın 1-ci kanalının Pançerin müəmmalı şəkildə dünyasını dəyişdiyi barədə süjet verdiyini xatırladıb. Qəzetin fikrincə, ABŞ kəşfiyyatı Kremlin tam nəzarəti altında olan KİV-lərdə belə informasiyaları diqqətlə izləyir.

“Bu tip ölümlərdən sonra Rusiyada dərhal belə bir siqnal verilir: “Putinə toxunmaq olmaz!”, - məqalənin yekununda bildirilir.