|
Ərdoğan Səudiyyə kralı ilə Qətəri müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül Əziz əs-Saud və taxtın varisi Məhəmməd ben Salmanla Qətər ətrafında yaranmış diplomatik gərginliyi telefon vasitəsilə müzakirə edib.

Cia.az xarici xəbər agentliklərinə istinadən xəbər verir ki, Ankara və Ər-Riyad yaranmış diplomatik gərginliyi azaltmaq üçün birgə səy göstərəcəkləri ilə bağlı razılıq əldə ediblər.

Telefon danışığının hələ iyunun 21-də baş tutduğu xəbər verilir.

Cia.az