|
Türkiyədə iki avtomobilin toqquşması nəticəsində 3 nəfər həlak olub

Türkiyənin Bitlis vilayətində ağır yol qəzası baş verib.

Trend-in yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

cia.az