|
Alveş "Yuventus"dan gedir - rəsmi

Dani Alveşin bu yay "Yuventus"u tərk edəcəyi dəqiqləşib.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, bu barədə klubun idman direktoru Beppe Marotta məlumat verib:

"Dani bizə fərqli klubda oynamaq istədiyini söylədi. Bu, onun qərarıdır. Biz də onun istəyi ilə müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv olunmasına qərar verdik. Ona karyerasında uğurlar arzulayırıq"

Cia.az