|
Meksika və Portuqaliyadan qələbə

Bu gün Konfederasiyalar Kuboku - 2017-də daha iki oyun keçirilib.
Qol.az-ın xəbərinə görə, A qrupunun 2-ci turunda Portuqaliya millisi yarışa ev sahibliyi edən Rusiya ilə qarşılaşıb. Matç Portuqaliya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qrupun digər oyununda isə Meksika Yeni Zelandiya ilə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib.
21 iyun

A qrupu
22:00 Meksika - Yeni Zelandiya - 2:1
Qollar: Kris Vud, 42 (0:1),  Raul Ximenes, 54 (1:1), Oribe Peralta, 73 (2:1)

19:00 Rusiya - Portuqaliya - 0:1
Qol: Ronaldo, 8 

Cia.az