Xəbər verdiyimiz kimi, "Kardeşim benim" filminin ikinci hissəsi çəkiləcək.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, filmin birinci hissəsində baş rollarda Burak Özçivit, Murad Boz və Aslı Enver çəkiliblər.
Bu dəfə isə Aslının yerinə ekran işində sürpriz ad olacaq.
Belə ki, " Kardeşim benim 2" filmində Enverin yerinə Burakın yaxın dostu Merve Boluğurun görünəcəyi danışılsa da, son gələn xəbərlərə görə, hələ heç bir aktrisa ilə müqavilə bağlanmayıb.
Lakin bu obraz üçün hazırda düşünülən aktrisa "Vatanım Sensin"də “Yıldız”ı canlandıran Pınar Denizdir. 
