Dani Alveş “Yuventus”u tərk etmək üzrədir.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi tezliklə karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Alveş artıq “şəhərlilər”lə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. O, yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.
Transferin reallaşması üçün “Yuventus”la da razılığa gəlinməlidir.
Qeyd edək ki, Alveş son mövsüm Turin klubunun heyətində meydana çıxdığı 33 oyunda 6 qol vurub
Cia.az
