“Avstriyada ilk oyunumuzu keçirdik. Futbolçularım çox istəkli idi. Bu da çox yaxşı haldır”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Axmat”la yoxlama oyunundan (0:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib.
O, məğlubiyyətə baxmayaraq, futbolçularından razı qaldığını bildirib: “Düzdür, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda futbolçularımın istəkli olması məni razı saldı”
Cia.az
