|
Nazirlik işsizlər üçün onlayn sistem yaradacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər üçün onlayn sistem yaradacaq.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O qeyd edib ki, bu sistem vasitəsilə istənilən maraqlı şəxs özünə iş yeri tapa biləcək.

Nazirin sözlərinə görə, oxşar sistem işçi axtaran işəgötürənlər üçün də yaradılacaq.

Cia.az